Cənində iki fələstinlinin şəhadəti/ İslami Cihad üzvü həbs edilib

Cənində iki fələstinlinin şəhadəti/ İslami Cihad üzvü həbs edilib

Sionist qüvvələrin Cənin düşərgəsinə bugünkü basqınında 2 fələstinli şəhid olub, 11 nəfər isə yaralanıb.Həmçinin sionist qüvvələr bir fələstinlini həbs edərək düşərgədən çıxarıblar.

Sahab News saytına istinadən verilən məlumata görə, sionist qüvvələrin bu gün Cənin düşərgəsinə (İordan çayının qərb sahilinin şimalında) hücumu zamanı 2 fələstinli şəhid olub, 11 nəfər yaralanıb. Həmçinin sionist qüvvələr bir nəfəri həbs ediblər.

Bu məlumata görə, bu toqquşmalarda iki fələstinli gənc Mahmud Əs-Sous və Əhməd Məhəmməd Hüseyn Zərağimə şəhid olub.

Həmçinin, onlarla müqavimət döyüşçüləri arasında şiddətli toqquşmalarla müşayiət olunan bu ağır hücumda sionist əsgərlər 11 fələstinlini yaralayıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Fələstin mənbələri Cənin düşərgəsində bu gün baş verən qarşıdurmaları çox şiddətli olaraq xarakterizə edib.

Fələstin Səhiyyə Nazirliyi də bu gün Cenində baş verən qarşıdurmalarda şəhidlərin sayının ikiyə çatdığını açıqlama yayaraq təsdiqləyib.

Digər tərəfdən, Fələstin mənbələri sionist qüvvələrin İslami Cihad hərəkatına bağlı müqavimət fəallarından bəzilərini, o cümlədən, Əbu Zeynəni hücum zamanı həbs edərək onları bu düşərgədən çıxardıqlarını açıqlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − five =