Tokio və Vaşinqtondan Pxenyana qarşı demarş: Birgə təlimlər başladı

Tokio və Vaşinqtondan Pxenyana qarşı demarş: Birgə təlimlər başladı

Publika.az xəbər verir ki, bu barədə “Reuters” Yaponiya Müdafiə Nazirliyinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Təlimlər Şimali Koreyanın raket buraxılışları fonunda həyata keçirilir.

Yapon esminesinin də iştirak etdiyi ikitərəfli təlimlər oktyabrın 1-dən keçirilir. Onların nə vaxt bitəcəyi hələ açıqlanmayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ, Yaponiya və Cənubi Koreyanın Yapon dənizindəki təlimlərini şərh edib. Diplomatın sözlərinə görə, onlar Rusiya və onun Uzaq Şərq regionlarının birbaşa yaxınlığında baş verir və bu, böyük narahatlıq yaradır. O qeyd edib ki, təlimlər Rusiyanın Sakit okean regionunda milli təhlükəsizliyinin təmin edilməsinə təhlükə törədir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 3 =