Meksikada qaz kəmərində partlayış olub, ölən var
Meksikanın cənub-şərqindəki Tabasko ştatında “Pemex” şirkətinin qaz kəmərində güclü partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Regional İdarənin “Facebook” səhifəsindəki paylaşımda deyilir.
Məlumata əsasən, partlayış nəticəsində 1 nəfər – 55 yaşlı kişi həlak olub.
Apa.az