Qüdsdəki qarşıdurmada bir sionist əsgər öldürülüb, 28 fələstinli həbs edilib

Qüdsdəki qarşıdurmada bir sionist əsgər öldürülüb, 28 fələstinli həbs edilib

Fələstin mediasına istinadən verilən məlumata görə, işğal altındakı Qüdsdə Fələstin müqavimətinin atışma əməliyyatı zamanı yaralanan sionist qadın hərbçi aldığı xəsarət nəticəsində ölüb.

İbrani mənbələri bu gün bildiriblər ki, işğal altındakı Qüdsdəki Şuafət məntəqəsində dünən gecə baş verən atışma əməliyyatında yaralanan sionist qadın əsgər Lazar öldürülüb.

İşğal olunmuş Fələstinin başqa bir məntəqəsində işğalçı sionist qüvvələr bu bazar günü səhər saatlarından etibarən işğal altındakı Qüdsün müxtəlif bölgələrinə basqın edərək fələstinlilərin kütləvi həbslərinə başlayıblar.

Fələstin mənbələrinin məlumatına görə, işğal olunmuş Qüdsdə ən azı 28 nəfər sionist qüvvələr tərəfindən saxlanılıb.

Digər tərəfdən, “Qüdsul-Əxbariyyə” saytı sionist ordusunun bu səhər Cənində üç fələstinli döyüşçünün öldürülməsi əməliyyatında uğursuzluğa düçar olduğunu bildirib.

Sionist rejimin daxili təhlükəsizlik naziri növbəti dəfə İordan çayının qərb sahilinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayacağı ilə hədələyib.

İşğal olunmuş ərazilərin başqa bir inkişafı ilə bağlı fələstinli məhbusların media bürosu bəyanat yayaraq elan edib: İnzibati həbs siyasətinə etiraz olaraq 30 fələstinli məhbusun aclıq aksiyası 15-ci gündür ki, davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =