Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına raket hücumu

Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına raket hücumu

Amerikanın Qərbi Asiyadakı Terror Komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqindəki Ər-Rumeylan bölgəsində beynəlxalq koalisiya qüvvələrinin bazasına raket zərbəsi endirildiyini açıqlayıb.

Rusiyanın Əl-Yəvm saytının məlumatına görə, Qərbi Asiyadakı Amerika terror komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqindəki Ər-Rumeylan bölgəsində beynəlxalq koalisiya qüvvələrinin bazasına raket hücumu təşkil edildiyini açıqlayıb.

Məlumata görə, bu hərbi baza ötən axşam 107 mm-lik raketlə hücuma məruz qalıb. Təbii ki, Centcom iddia edir ki, bu raket bu hərbi bazadan kənarda vurulub və Amerika əsgərlərindən və onlara bağlı qüvvələrdən heç birinə zərər dəyməyib.

Centcom həmçinin bu hərbi bazaya doğru raket atılan yerlərin aşkar edildiyini və bu sahədə araşdırmalara başlanıldığını açıqlayıb.

Qeyd edək ki, Suriyanın şimal-şərqindəki Amerika hərbçiləri terrorçular üçün qoruyucu çətir yaratmaqla yanaşı, Suriyanın neft ehtiyatlarını oğurlayaraq İraq torpaqlarına daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − nine =