Belarus Ukrayna ilə MÜHARİBƏYƏ başladı -Lukaşenko açıqladı – SON DƏQİQƏ

Belarus Ukrayna ilə MÜHARİBƏYƏ başladı -Lukaşenko açıqladı – SON DƏQİQƏ

Publika.az xəbər verir ki, onun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi ilə bağlı razılığa gəlib.

“Bu qrupun formalaşması başlayıb. Məncə, iki gündür davam edir. Bu qrupu formalaşdırmağa başlamaqla bağlı mənim tərəfimdən əmr verildi”, – Lukaşenko bildirib.

A.Lukaşenko qrupun say tərkibini və harada yerləşdiriləcəyini açıqalmayıb.

O qeyd edib ki, V.Putinlə razılıq MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitindən sonra şəxsi görüş zamanı əldə olunub. “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qrupunun yerləşdirilməsinə razılaşdıq. Bütün bunlar hamısı sənədlərimizə uyğundur. Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, – necə ki, indi çatıb – biz İttifaq dövlət qruplaşmasından istifadə etməyə başlayacağıq”, – deyə Belarus Prezidenti bildirib.

A.Lukaşenko iddia edib ki, Ukraynaya Belarus ərazisindən zərbə endirilməsi təkcə müzakirə olunmur, bu, planlaşdırılır. “Əlbəttə, ukraynalılara bu qətiyyən lazım deyil. Onlar niyə cənub sərhədlərimizdə ikinci cəbhə açsınlar, onların şimal sərhədlərində cəbhə var. Yaxşı, niyə? Bu, hərbi nöqteyi-nəzərdən dəlilikdir. Buna baxmayaraq, proses başlayıb”, – Aleksandr Lukaşenko əmin edib. O, bununla bağlı heç bir sübut təqdim etməyib.

Ukraynadan mümkün zərbələrlə bağlı xəbərdarlıqlara gəlincə, o, deyib: “Mənim cavabım sadə oldu: “Ukrayna prezidentinə və digər ağıldan kəmlərə deyin ki, öz çirkli əlləri ilə ərazimizin heç olmasa bir metrinə toxunsa, Krım körpüsü onlara gül kimi görünəcək”, – deyə o bildirib.

Bundan əvvəl A.Lukaşenko dəfələrlə bildirib ki, Belarus ordusu Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmir. Ötən həftə A.Lukaşenko Ukraynanın Belarus sərhədinə 15 minə qədər hərbçi yerləşdirdiyini açıqlayıb. Onların orada yol kəsiciləri və atəş mövqeləri qurduqları bildirilir. Belarus Müdafiə Nazirliyi Birlik Dövlətinin silahlı müdafiəsinə hazır olduğunu bildirib. Nazirlik 500 000 hərbi qulluqçunu səfərbər edə biləcəyini vurğulayıb.

Dünən, oktyabrın 9-da Belarusun sərhəd komitəsi Ukraynanın iki ölkənin sərhədindəki demək olar ki, bütün körpüləri partlatdığını bəyan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 3 =