Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod tikiləcək

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod tikiləcək

Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılır.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu sahədə əməkdaşlığa dair layihənin potensial investor qismində “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC-nin iştirakı nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti dünyada su və su tullantılarının emalı sahəsində tanınmış şirkətdir.

Bildirilib ki, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.

“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 2 =