Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında 8 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu Suriyanın şimalında YPG-nin (PKK terrorçularının Suriya qanadı – red.) 8 yaraqlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik YPG/PKK yaraqlılarının “Barış pınarı” antiterror əməliyyatı zonasının atəşə tutulmasına cavab olaraq zərərsizləşdirildiyini vurğulayıb.

Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər törədiblər. Nəticədə 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 mülki şəxs bu terror təşkilatının qurbanı olub.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 5 =