Haaretz: Hizbullahın Tel-Əvivə qarşı çəkindirici gücü aydın faktdır

Haaretz: Hizbullahın Tel-Əvivə qarşı çəkindirici gücü aydın faktdır

Sionist media Livan Hizbullah hərəkatının sionist rejim üçün çəkindirici qüvvə olduğunu və Tel-Əvivin mövqelərini zəiflətdiyini elan edib.

İbranidilli media Beyrut və Tel-Əviv arasında dəniz sərhədi razılaşması ilə bağlı xəbərlərdə sionist rejimin mövqe və qərarlarını zəif olaraq qiymətləndirib və Livan Hizbullah hərəkatının çəkindirici gücünün olduğunu bildirib.

 “Əl-Məyadin” şəbəkəsinin məlumatına görə, sionist “Haaretz” qəzeti xəbərində yazıb: “Açıq bir həqiqət var və o da Hizbullahın İsrail üçün çəkindirici qüvvə olmasıdır.”

Bu ibrani qəzeti yazmağa davam edir: “İsrailin Nəsrullahdan qorxusu haqlıdır və israillilər ona qarşı müharibənin nəticəsinin nə olacağını bilirlər.”

Digər sionist media da Livan Hizbullah hərəkatının baş katibinin mövqe və sözlərinin təhlili ilə bağlı yazıb: “Nəsrullah danışarkən ehtiyatlı sözlər seçir və o, heç nəyi bitirməyə tələsmir ki, nəhayət məsələ bitsin.”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam (çərşənbə axşamı) Birlik Həftəsi münasibətilə etdiyi çıxışında vurğulayıb: “İsrail bizim ciddi olduğumuzu başa düşməlidir. Dron məsələsindən sonra onu göndərməyə ehtiyac qalmadı. Ötən aylarda da müqavimət mücahidləri bir neçə ildə olduğu kimi öz hazırlığını qorumağa çalışıb.”

Hizbullahın baş katibi neft və qazı bu ölkənin iqtisadi böhranından çıxmaq üçün Livan xalqının ümidi hesab edib və bəyan edib: “İsrail düşməni livanlılardan daha çox müharibədən qorxur, amma müqavimət üçün vacib olan Livanın yataqlarından neft və qazın çıxarılmasıdır.

Tel-Əviv kabinetinin Beyrutla dəniz sərhədlərinin müəyyən edilməsinə dair razılığa gəlməsinə etiraz edən ibranidilli media Livan Hizbullah hərəkatının pilotsuz təyyarələrinin bu rejimin ordusuna qarşı fəaliyyəti ilə bağlı xəbərdarlıq edib. İbrani mediası sionistlərə deyib: “Hizbullah öz pilotsuz təyyarələrini İsrail ordusunun qarşısına yerləşdirəcək və onlardan istifadə edəcək, eynilə Rusların Ukraynada etdikləri kimi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 2 =