Rusiya Şimali Kipr Türk Cümhuriyyətində KONSULLUQ AÇIR
Publika.az xəbər verir ki, bu barədə yüksək səviyyəli məlumatlı mənbələr “İzvestiya”ya məlumat veriblər.
“Uçuşların başlanması və məntəqənin açılması diplomatik tanınma demək deyil – bu, Kiprin şimalında yaşayan təxminən 10 min Rusiya vətəndaşlarına xidmət etmək üçün ediləcək”, – həmsöhbətlər qeyd ediblər.
“Eynilə, Qərb ölkələri adanın şimal hissəsində konsulluq ofislərini açır, onları “ofis” adlandırır və Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yerləşdiklərini qeyd etmirlər. Ankara yalnız ŞKTC-yə uçuşların başlanmasını alqışlayacaq, lakin bu addım çətin ki, Türkiyənin Krımla bağlı mövqeyini dəyişsin” – bu barədə Türkiyə parlamentindən “İzvestiya”ya məlumat verilib.
Xatırladaq ki, sentyabrın 20-də “Milliyet” qəzeti mənbələrə istinadla xəbər verib ki, Rusiyanın iki aviaşirkəti beynəlxalq səviyyədə tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) uçuşlar həyata keçirməyi planlaşdırır.
Nəşrin məlumatına görə, uçuşlar noyabrın 15-də, ŞKTC-də yeni Ercan Hava Limanı açıldığı zaman başlayacaq. Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələcəyi iddia edilir.
1974-cü ildə adanın Yunan və Türkiyə dövlətlərinə bölünməsindən sonra ŞKTC-nin müstəqilliyini yalnız Ankara tanıyıb.
Publika.az