ABŞ-da uşaq bağçasında qaz sızması olub, 20-dən çox adam xəstəxanaya yerləşdirilib

ABŞ-da uşaq bağçasında qaz sızması olub, 20-dən çox adam xəstəxanaya yerləşdirilib

ABŞ-ın Pensilvaniya ştatının “Allentown” şəhərindəki uşaq bağçasında dəm qazı sızması nəticəsində əksəriyyəti uşaq olmaqla ən azı 26 nəfər xəstəxanaya aparılıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Ərazidə havada dəm qazının yüksək konsentrasiyası qeydə alınıb.

Xilasedicilər qrupu 25 uşaq və 8 işçini təxliyə edib.

Valideynlər bir neçə şagirdi götürsə də qalanları xəstəxanaya təxliyə olunub.

Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti stabil qiymətləndirilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =