Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Co Baydenin sözlərinə reaksiyası

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Co Baydenin sözlərinə reaksiyası

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi verdiyi açıqlamada amerikalıların, o cümlədən bu ölkənin demokrat prezidentinin bəyanatlarına cavab verib və Səudiyyə Ərəbistanının başqalarının diktəsini qəbul etmədiyini bildirib.

Fars Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, OPEC+ ötən həftə neft hasilatını azaldacağını elan etdikdən sonra ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində deyib ki, bu hərəkət Vaşinqton və Ər-Riyad münasibətlərinə təsir edəcək.

 “Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı düşünürmü?” sualına cavab olaraq Bayden bu məsələni təsdiqləyib və Səudiyyə Ərəbistanına səfərinə haqq qazandıraraq, bu səfərin neft üçün edilmədiyini iddia edib. Bayden deyib: “Niyə getdiyimi izah edim. Mən neftdən danışmamışam. Mən əmin etmək üçün getdim ki, biz Yaxın Şərqdən uzaqlaşmaq fikrində deyilik.”

Səudiyyə Ərəbistanının Əl-Əxbariyyə şəbəkəsinin məlumatına görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bu bəyanatlara cavab olaraq bəyanat yayıb və OPEC+-ın neft hasilatını azaltmaq qərarından sonra Ər-Riyadın beynəlxalq münaqişələrdə iştirakı ilə bağlı hər hansı bəyanatı rədd etdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi əlavə edib ki, bu bəyanatlar reallığa əsaslanmır. OPEC+ qərarını bir ölkənin deyil, bu qrupa daxil olan bütün ölkələrin konsensusu ilə qəbul edib.

Bu bəyanatın davamında Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi vurğulayır ki, OPEC+ qərarlarını müstəqil şəkildə və beynəlxalq təşkilatların müstəqil proseduru əsasında qəbul edir. Təhlillər bu qərarın bir ay gecikdirilməsinin mənfi iqtisadi nəticələr verəcəyini vurğulayır.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sözünə davam edib: Ər-Riyad Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə strateji nöqteyi-nəzərdən və iki ölkənin ortaq maraqlarına uyğun baxır.

Sonda Səudiyyə Ərəbistanı vurğuladı ki, o, diktələri qəbul etmir və qlobal iqtisadiyyatın qorunmasına yönəlmiş yüksək hədəfləri dəyişdirmək üçün hər hansı bir hərəkəti rədd edir. İqtisadi problemlərin həlli konstruktiv və qeyri-siyasi dialoq tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 1 =