Ən çox yayılan psixi pozuntular hansılardı? -CAVAB

Ən çox yayılan psixi pozuntular hansılardı? -CAVAB

“Bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır. Bugün psixi xəstəlik aşkar edilmiş şəxs müalicə aldıqdan sonra bir daha heç bir psixi pozuntudan əziyyət çəkməyə bilər. Belə olan halda keçmiş diaqnoz onun gələcəyinə təsir etməməli və həmin şəxs hər zaman psixi cəhətdən sağlam hesab edilməlidir”.

Bu sözləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Aydan Cabbarova deyib. 

Bəs, ən çox rastlanan psixi pozuntu halları hansılardır?

Bu sualımızı da Aynur Cabbarova cavablandırıb:

“Ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatlıq, bədbinlik, ümidsizlik, əhval-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya). Depressiya zamanı adətən bu simptomlar da mövcuddur – konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması. İstər əsas xəstəlik kimi, istərsə də, istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb. Bundan əlavə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur. Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir”.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =