Livan sionist rejimlə sərhəd müqaviləsinin yekun variantı ilə razılaşdı

Livan sionist rejimlə sərhəd müqaviləsinin yekun variantı ilə razılaşdı

Livan prezidenti bu ölkənin baş naziri və parlamentin sədri ilə məsləhətləşdikdən sonra sionist rejimlə sərhəd müqaviləsinin yekun variantını qəbul etdiyini açıqlayıb.

Sputnik-ə istinadən verilən məlumata görə, Livan prezidenti Mişel Aun cümə axşamı günü Livan və sionist rejim arasında dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair razılaşmanın yekun variantı ilə razılaşdığını elan edib.

Mişel Aun onu da əlavə edib ki, onun bu müqavilə ilə razılığı bu ölkənin baş naziri və parlamentinin sədri ilə məsləhətləşmədən sonra elan ediləcək.

Livan prezidentinin sözlərinə görə, “Bu müqavilə Livanın tələblərinə uyğundur və bu ölkənin hüquqlarını qoruyur”. O, ümidvar olduğunu bildirib ki, bu sazişin həyata keçirilməsi və Qana qaz yatağında qazma işlərinə başlanılması Livanın iqtisadi inkişafı üçün zəmin yaradacaq.

Mişel Aun həmçinin vurğulayıb ki, bu razılaşma sionist rejimlə münasibətləri normallaşdırmaq yolunda olmaq demək deyil və Livanın sionist rejimə öz ərazisinin bir metrini belə verməmiş, bütün hüquqlarını qorumuşdur.

Keçən həftə Livan və sionist rejim arasında dəniz sərhədlərinin demarkasiyasına dair saziş layihəsi ABŞ tərəfindən Beyrut və Tel-Əvivə təqdim olundu və Livan rəsmiləri bundan məmnun olduqlarını bildirdilər.

Dünən, çərşənbə günü sionist rejimin Nazirlər Kabineti səs çoxluğu ilə bu sazişi təsdiqlədi. Bir neçə saat əvvəl sionist rejimin baş naziri Yair Lapid də Livanla dəniz sərhədlərinin çəkilməsi razılaşmasını “tarixi” hesab edib və deyib: Bu razılaşma Hizbullah ilə mümkün hərbi qarşıdurmanı təxirə salacaq və rejimin təhlükəsizliyini gücləndirəcək.

Lapid sionist rejimin hərbi və enerji nazirləri ilə birgə mətbuat konfransında əlavə edib:

Sionist rejimin baş naziri iddia edib ki, bu rejim Livan tərəfində yerləşən “Qəna” yatağının gəlirlərinin 17%-ni iki tərəf arasında sərhədin müəyyən edilməsi razılaşmasına əsasən əldə edəcək.

O, bu rejimin keçmiş baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin Nazirlər Kabinetinin müxalifətinin sərt tənqidinə cavab olaraq deyib:

Bu müqavilə ilə bağlı yayılan yalan və zəhərli reklamlar reallıqdan tamamilə uzaqdır və yalnız siyasi məqsədlərə həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =