ABŞ-ın Şimali Karolina ştatında atışma nəticəsində 5 nəfər ölüb

ABŞ-ın Şimali Karolina ştatında atışma nəticəsində 5 nəfər ölüb

Cümə günü səhər xəbər mənbələri ABŞ-ın Şimali Karolina ştatında atışma nəticəsində 5 nəfərin öldüyünü bildirib.

Əl-Cəzirənin verdiyi məlumata görə, Amerika polis rəsmisi deyib: Şimali Karolina ştatının Rali şəhərində atışma zamanı biri polis olmaqla 5 nəfər həlak olub.

Həmçinin, Rali şəhər polisi bu atışma hadisəsində şübhəli bilinən şəxsi həbs etdiklərini açıqlayıb.

Rali şəhərinin meri Meri Enn Balduin də jurnalistlərə deyib: Amerikada bu cür mənasız zorakılığı dayandırmalı və silahlı zorakılıq məsələsini həll etməliyik.

Bu atışmada yaralıların ümumi vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Üç gün əvvəl Cənubi Karolina ştatında yerləşən evdə atışma nəticəsində 5 nəfər həlak olub.

Spartanburq bölgəsinin müfəttişi Rusty Klevenger verdiyi açıqlamada atışmanın şəhər mərkəzindən təxminən 100 mil uzaqlıqdakı yaşayış evində baş verdiyini söylədi.

Yerli hakimiyyət orqanları dörd nəfərin hadisə yerində, beş nəfərin isə xəstəxanaya aparılarkən yolda öldüyünü bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =