İranın Ali lideri Ayətullah Seyyid Əli Xamenei:”QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ İŞĞALDAN AZAD EDİLMƏLİDİR!

İranın Ali lideri Ayətullah Seyyid Əli Xamenei:”QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ İŞĞALDAN AZAD EDİLMƏLİDİR!

 İran İslam Respublikasının Ali lideri Ayətullah Syid Əli Xameneinin Qarabağla bağlı verdiyi tarixi bəyanatdan bir il keçir. Həmin bəyanatı bir daha oxucuların nəzərinə çatdırırıq.

“Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsi zəruridir”.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Seyyid Əli Xamnəi bildirib.

Bu gün İslam Peyğəmbəri (s.) və İmam Cəfər Sadiqin (ə.) mövludu münasibəti ilə bayram nitqində o, Azərbaycanın bu məsələdə beynəlxalq hüquq baxımından haqlı olduğunu bildirib.

Ayətullah Xamenei vurğulayıb:  “İranın iki qonşusu arasında, Ermənistanla Azərbaycan Respublikası arasında baş verən son müharibə acı bir hadisədir və bölgənin təhlükəsizliyinə təhdid olan döyüşlər ən qısa müddətdə sona çatmalıdır. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi Azərbaycan Respublikasının bütün əraziləri azad edilməli və Azərbaycana qaytarılmalıdır. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =