Müqavimət qrupları fələstinlilərdən sionistlərin cinayətlərinə cavab vermələrini tələb ediblər

Müqavimət qrupları fələstinlilərdən sionistlərin cinayətlərinə cavab vermələrini tələb ediblər

Qəzzə zolağındakı Fələstin müqavimət qruplarının müştərək əməliyyat mərkəzi Qüds, İordan çayının qərb sahili və 1948-ci ilin işğal olunmuş ərazilərində yaşayan fələstinliləri müqaviməti artırmağa və sionistlərin təcavüzünə cavab verməyə çağırıb.

Qəzzə zolağındakı Fələstin müqavimət qruplarının müştərək əməliyyat mərkəzi Qüds, İordan çayının qərb sahili və 1948-ci ildə işğal olunmuş ərazilərdəki bütün fələstinliləri müqaviməti gücləndirməyə və sionistlərin təcavüzünə cavab verməyə davam etməyə çağırıb

Fələstin müqavimət qruplarının müştərək əməliyyat mərkəzinin sözçüsü Qəzzədə keçirdiyi mətbuat konfransında vurğulayıb: Qəzzədə Fələstin müqaviməti Qüds, Məscidül-Əqsa, müqəddəs məkanlar və möminlərə, şəhidlər və məhbuslara sadiq qalacaq və güclü bir dayaq və qalxan kimi mübarizə aparacaqlar.

O əlavə edib ki, qüvvələrimiz Qüdsü və Fələstini dəstəkləməyə hər zaman hazırdır və onların əli tətikdədir.

 “Əl Ərəbiyyəl-Cədid” saytının məumatına görə, Qəzzədəkı müqavimət qruplarının müştərək əməliyyat mərkəzinin sözçüsü də İordan çayının qərb sahilində və Qüdsdə, Fələstinin hər yerində sionist əsgərlər və mühacirlərə qarşı qəhrəmancasına əməliyyatlar və atışmaları və onların təqibini yüksək qiymətləndirib.

O, həmçinin İordan çayının qərb sahilindəki fələstinli döyüşçülərə və “Ərin əl-Əsvəd” qruplaşmasının üzvlərinə, Cənin briqadası, Nablus briqadası, Tulkərim briqadası və bütün müqavimət qruplarına salamlarını çatdırıb.

Qüds və ətraf rayonlar ötən şənbə günündən etibarən sionist rejimin Şuafət düşərgəsini mühasirəyə alınmasının şahidi olub və ötən çərşənbə günü işğal altındakı Qüds Şuafətdə yaşayan fələstinlilərlə həmrəylik əlaməti olaraq ümumi tətilə və bütün təhsil müəssisələrinin bağlanmasının şahidi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − two =