İngiltərə Yəməni parçalamağa çalışır

İngiltərə Yəməni parçalamağa çalışır

Sənadakı Yəmən rəsmisi İngiltərənin Yəmən xalqının müqavimətini məğlub etmək üçün ölkənin parçalanması və təfriqə ardınca olduğunu açıqlayıb.

Yəmənin Sənadakı Milli Qurtuluş Hökumətinin müqavimət üzvü briqada komandiri Abdullah bin Amer Twitter səhifəsində yazıb:

İngiltərə həmişə bizim işlərimizi hamıdan yaxşı bildiyini iddia edir, lakin hələ də yəmənlilərin Britaniya hiylələrini çox yaxşı ifşa edə biləcəyini başa düşməyib.

O, yəmənlilərin Britaniya sui-qəsdlərini ifşa edən qeydlərinə toxunaraq daha sonra yazır: 1967-ci ildə İngiltərəni Yəməndən çıxmağa məcbur edən yəmənlilər idi. 1968-ci ildə İngiltərə bu ölkəyə çevrilişlə qayıtmağı planlaşdırarkən yəmənlilər bunun qarşısını aldılar. 1972-ci ildə onlar Yəməni iki yerə, şimala və cənuba bölmək planında yenə uğursuzluğa düçar oldular, necə ki, indi öz planlarında uğursuzluğa düçar olublar.

Sonda briqada komandiri Abdullah bin Amer deyib:

İngilislərin Yəməndə ixtişaş planı öz arxiv sənədlərindən üzə çıxdı; Qırmızı dənizin şimal sahillərini Yəməndən ayırıb xaricdən asılı vəziyyətdə saxlamaq, Yəmənin şimalını cənubundan ayırmaq və tayfalar arasında qarşıdurma və parçalanma alovunu alovlandırmaq və Yəmən və Səudiyyə Ərəbistanı arasında qarşıdurmaları artırmağa çalışmaq. Beləliklə, iki ölkəni mümkün qədər zəiflədərək hər ikisinə hakim olmaq. Hazırda Yəməndə məhz bunu müşahidə edirik.

Qeyd edək ki, bu yaxınlarda “Əl-Ərəbiyyəl-Cədid” saytı xəbər yayaraq İngiltərənin Yəmənin parçalanmasını planlaşdırdığını, lakin onun həyata keçirilməsinin BƏƏ, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrin vasitəsilə olduğunu açıqlamışdı.

Bir müddət sonra Yəmənin istefa vermiş hökumətinə bağlı olan bir sıra məmurlar Qərb Sahilində baş verən hadisələrin “beynəlxalq tərəflərin birgə layihəsinin və Yəmənin sahilləri, adaları, keçidləri üzərində təsir və nəzarəti bölüşdürmək planının nəticəsi olduğunu açıqladılar. Bu planın idarə edilməsi, İngiltərənin və onun həyata keçirilməsi də BƏƏ-nin öhdəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 9 =