Diplomatlarımıza sui-qəsd cəhdi: Makron Bakıya SAVAŞ elan edir?

Diplomatlarımıza sui-qəsd cəhdi: Makron Bakıya SAVAŞ elan edir?

Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.

Son günlərdə xaricdəki Azərbaycan səfirliklərinə hücumlarla bağlı fikirlərini dilə gətirən QAFSAM sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bölgəyə sülhün gəlməsinə çalışır, amma buna baxmayaraq, erməni diasporunun qanadı altına sığınan kəsim, eləcə də Daşnaksütyun partiyası ilə birlikdə hərəkət edən qruplaşmalar Azərbaycan diplomatlarına qarşı savaş açaraq vəziyyəti gərginləşdirməyə çalışırlar:

“Sanki tarix təkrarlanır və bir vaxtlar Türkiyə diplomatlarına qarşı ermənilər tərəfindən gerçəkləşdirilən sui-qəsdlər indi azərbaycanlı diplomatlara qarşı həyata keçirilir. Daha dəqiq desək, buna cəhdlər edilir. Hazırda Azərbaycan bölgədə Türkiyə ilə müttəfiqdir. Bu iki ölkə çox böyük işlər, layihələr həyata keçirməkdədir. Bu baxımdan, Azərbaycan-Türkiyə-Ermənistan razılaşmasına tərəflər çox yaxın olduğunu anlayan Fransa və Amerika “quyruq”lu erməni terror təşkilatları bu ittifaqı və inkişaf edən prosesləri pozmaq üçün terror aksiyalarına baş vurdular.

Yola saldığımız yüz ildə erməni terror təşkilatları terrordan bir vasitə kimi istifadə edərək dünya mediasında özlərinə yer etməyə çalışdılar. İndi isə vaxtilə Türkiyəyə qarşı həyata keçirdikləri teraktı Azərbaycana qarşı gerçəkləşdirmək istəyirlər. Bununla da Azərbaycanı yolundan döndərməyə çalışırlar. Ona görə də xaricdəki Azərbaycan səfirliklərinə qarşı hərəkətə keçdilər. Erməni terror maşını yaxın günlərdə daha da irəli gedərək Azərbaycan kökənli şəxslərə qarşı hücumlar həyata keçirə bilər. Çünki diplomatik missiyaya qarşı terakt həyata keçirmək erməni zehniyyətinin əsas “məhsul”larındandır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =