Dünyanı ayağa qaldıran görüntü: Rusiya nüvə bombardmançıları sərhəddə

Dünyanı ayağa qaldıran görüntü: Rusiya nüvə bombardmançıları sərhəddə

Publika.az xəbər verir ki, peyk görüntüləri bombardmançıların sayının artdığını göstərir.

Putinin elan etdiyi qismən səfərbərlik, itirilmiş torpaqları geri almaq üçün Ukraynanın başlatdığı hücum, Krım körpüsünün partladılması və ondan dərhal sonra Kiyevə atılan raketlər… 8 aydır davam edən Ukrayna müharibəsində başgicəlləndirici hərəkətlilik var. Regionda gərginliyin addım-addım yüksəldiyi bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin üstüörtülü şəkildə səsləndirdiyi nüvə təhlükəsi təkcə Ukraynanı deyil, Qərbi də qorxuya salıb. Putinin mümkün nüvə hücumu ilə bağlı onlarla ssenari irəli sürülsə də, Norveç və Finlandiya sərhədi yaxınlığındakı hava bazasından gələn görüntülər nüvə hücumu ilə bağlı narahatlıqları artırıb.

Olenya aviabazasından alınan peyk görüntüləri Tu-160 nüvə bombardmançılarının sayının artdığını göstərir. Kritik hava bazasında avqustun 12-də heç bir bombardmançı görünməsə də, avqustun 21-də bu rəqəm 4-ə, indi isə 11-ə yüksəldi.

İsrailin “ImageSat Intl” kəşfiyyat firmasının əldə etdiyi görüntülərdə Rusiyanın Kola yarımadasındakı hərbi bazadakı bombardmançılar aydın görünür.

 “Jerusalem Post” iki həftə əvvəl hava bazasında 7 nüvə bombardmançısının “qeyro-adi şəkildə yerləşdirildiyini” iddia etmişdi. Son peyk görüntüləri bu iddianı təsdiqləsə də, Rusiyanın NATO sərhəddindəki bu addımı dünya mediasında geniş yer alıb. “Armageddon” və ya “qiyamət qırıcıları” kimi tanınan TU-160 və TU-95-lər adətən Moskvadan 450 mil cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşdirilir. Lakin yeni görüntülərdə bombardmançıların NATO üzvü Norveçin və tezliklə alyansa üzv olacaq Finlandiyanın burnunun dibinə yerləşdirildiyi görünür.

 “Hürriyet”in məlumatına görə, adi silahlarla da istifadə oluna bilən TU-160-lar fasiləsiz olaraq yanacaq doldurmadan 7500 mil uça bilir və 12-yə qədər qısa mənzilli nüvə raketi daşıya bilir. Tu-95 strateji bombardmançı təyyarələri isə Putinin hava qüvvələrinin ən böyük təyyarələrindən biri kimi tanınır. Təyyarələr qanadlı raketlər və iri nüvə bombaları daşımağa qadirdir. Rusiyanın Ukraynanın paytaxtı Kiyevə edilən hücumlarda KH-101 qanadlı raketindən istifadə etdiyi iddia edilib. Qərb mediası yazır ki, Olenyada yerləşdirmə də bu iddianı təsdiqləyir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =