Fələstin müqaviməti xəbərdarlığı: Sionistlərin xilas yolu yoxdur

Fələstin müqaviməti xəbərdarlığı: Sionistlərin xilas yolu yoxdur

 “Ərin Əl-Əsvd” müqavimət qrupu sionistlərə xəbərdarlıq edib ki, onların xilas yolu yoxdur və Fələstin xalqı onlarla birbaşa münaqişəyə girməlidir.

“Ərin Əl-Əsvəd” müqavimət qrupu bu şənbə günü axşam Fələstin xalqını birbaşa sionistlərlə qarşıdurmaya çağırıb.

Şahab xəbər agentliyi bu qrupa istinadən xəbər verir ki, sionistlərin bu gecə keçirəcəkləri yürüşün marşrutu ətrafında yerləşən qəsəbələrin sakinləri sionistlərə gedən yolu bağlamalıdırlar.

Bu qrup Fələstin xalqına deyib: Narahat olmayın. Allahın izni ilə bizi sizinlə və sizin aranızdayıq. Onları (sionistlər) mühasirəyə alın. Onların bizdən də, sizdən də xilası yoxdur.

Ərin Əl-Əsvəd bir bəyanat yayaraq, Nablusda atışma əməliyyatında bir sionist əsgərin öldürülməsinin məsuliyyətini öz üzərinə götürüb və bu əməliyyatların davam edəcəyini vurğulayıb.

Bu bəyanatda Fələstin vətəndaşlarından bu müqavimət qrupuna dəstək vermələri istənilir və fələstinli qrupların bütün döyüşçülərinin hazır olması tələb edilərkən, döyüşün yaxın olduğu vurğulanır.

İsrail ordusu çərşənbə axşamı gecə Nablusun qərbində sionistlərin “Şiveh Şamron” yaşayış məntəqəsi yaxınlığında atışma zamanı əsgərlərindən birinin öldürüldüyünü açıqlayıb. Bir neçə gün əvvəl Şufət düşərgəsində atışma zamanı bir sionist əsgər həlak olub.

Ərin Əl-Əsvəd qruplaşması onlarla müqavimət qüvvələrinin fəaliyyət göstərdiyi silahlı qrupdur və onlar köhnə Nablus şəhərini qərargah seçiblər və istənilən məkan və şəraitdə sionist əsgər və mühacirləri hədəf alırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 19 =