Yüzlərlə sionist mühacir Əl-Əqsa məscidinə hücum edib

Yüzlərlə sionist mühacir Əl-Əqsa məscidinə hücum edib

Sionist qüvvələrin geniş dəstəyi ilə bu bazar günü yüzlərlə sionist mühacir Əl-Məğarəbə qapısından Məscidül-Əqsanın həyətlərinə hücum edib.

Fələstin Xəbər Agentliyinə (Vəfa) istinadən verilən məlumata görə, İslam Vəqf İdarəsi qeyd edib ki, “250-dən çox mühacir ardıcıl qruplar halında Məscidül-Əqsaya hücum edib və onlardan onlarla insan Qətanin qapısının yanında öz xüsusi dini mərasimlərini icra edib.”

Vəfa qeyd edib: İsrailin işğalçı polis qüvvələri Məscidül-Əqsa və onun darvazaları daxilində varlığını gücləndirib və bu məscidə daxil olarkən Fələstin xalqına qarşı məhdudiyyətləri artırıb.

Digər tərəfdən, Fələstin vətəndaşları Əl-Əqsa məscidi daxilində və ətrafında toplaşaraq sionist mühacirlərin hücumuna müqavimət göstərmiş və “Allahu Əkbər” qışqıraraq Qurani-Kərim oxuyublar.

Sionist mühacirlərin bu basqınları “Ərş bayramı” adlı mərasiminin yeddinci günündə “Heygel” adlı qrupun çağırışına cavab olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − seven =