Braziliyada yol qəzasında 6 nəfər ölüb

Braziliyada yol qəzasında 6 nəfər ölüb

Braziliyanın Minas-Jerais ştatının Ouro-Pretu şəhəri yaxınlığında dörd avtomobilin toqquşması nəticəsində ikisi uşaq olmaqla altı nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

İlkin versiyaya görə, qəzaya səbəb ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarının pozulması olub.

Yol qəzasında xəsarət alan 8 nəfər tibbi yardım üçün xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəzanın baş verdiyi federal magistralda nəqliyyatın hərəkəti dayandırılıb. Xilasedicilər faciə yerində işlərini davam etdirirlər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =