Ölkədə qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava şəraiti oktyabrın 19-u səhərədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 19-u gündüz və 20-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
BAKU.WS