Norveç Gürcüstanda səfirlik açıb

Norveç Gürcüstanın paytaxtı Tbilisidə səfirlik açıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin açılışı Norveç xarici işlər naziri Anniken Huitfeldtin Gürcüstana səfəri çərçivəsində baş tutub. Mərasimdə hər iki ölkənin xarici işlər nazirləri iştirak edib.
Apa.az