Səfir: İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb

Səfir: İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb

İran səfiri Seyid Abbas Musəvi ölkəsinin Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə aydınlıq gətirib.

APA xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında bildirib ki, İran Azərbaycanı hərbi təlimlər barədə məlumatlandırıb.

 “Biz bu hərbi təlimlər barədə qardaş Azərbaycana məlumat vermişdik. Onlar bu təlimlərdən məlumatlı idilər. Bu, sülh naminə olan təlimlərdir”, – Seyid Abbas Musəvi bildirib.

Səfir İran rəsmilərinin tez-tez Ermənistan lehinə bəyanatlar səsləndirilməsinə dair suala da cavab verib: “Bu, İranın hər hansısa bir tərəfi dəstəkləməsi məsələsi deyil, sadəcə İranın uzunmüddətli strateji maraqları ilə bağlıdır. Biz maraqlarımız çərçivəsində öz mövqeyimizi bildiririk” – diplomat əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =