Səudiyyə Ərəbistanı Amerika rəsmilərini “Davos Səhra”da iştiraka dəvət etmir

Səudiyyə Ərəbistanı Amerika rəsmilərini “Davos Səhra”da iştiraka dəvət etmir

Səudiyyə investisiya konfransının təşkilatçısı heç bir amerikalı rəsminin bu iqtisadi tədbirə dəvət olunmayacağını açıqlayıb.

“Davos Sahra” adlı Səudiyyə investisiya konfransının təşkilatçısı Riçard Attias dünən (bazar ertəsi) ölkəsinin heç bir Amerika hökumət rəsmisini bu ümumi konfransda iştiraka dəvət etməyəcəyini bildirib.

 “Əl-Məyadin” şəbəkə saytının xəbərinə görə, bu təşkilatçı Ər-Riyadın bu hadisəni “siyasi platformaya” çevirmək istəmədiyini vurğulayaraq, keçiriləcək bu konfransa heç bir Amerika hökumət rəsmisini dəvət etməyəcəyini vurğulayıb.

Səudiyyə İnvestisiya Konfransının təşkilatçısı builki “Davos Səhra” toplantısında Amerika şirkətlərinin 400 CEO-nun iştirakının gözlənildiyini açıqlayıb.

Attias builki konfransda iştirak edəcək Amerika nümayəndələri ilə bağlı sualı cavablandırarkən deyib: “Biz heç bir Amerika hökumət rəsmisini builki konfransda iştirak etməyə dəvət etməmişik.”

Son zamanlar Ər-Riyad və Vaşinqton arasında münasibətlərdə bir növ münaqişə və ya gərginlik yaşanır. Ötən həftə OPEC+ təşkilatı neft hasilatını azaldacağını açıqlamışdı. Bu qərarın açıqlanmasından sonra ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində bildirib ki, bu hərəkət Vaşinqton və Ər-Riyad münasibətlərinə təsir edəcək.

Bildirilir ki, Ər-Riyadın Amerika rəsmilərini bu konfransa dəvət etməməsinin səbəbi neft mübahisələri ilə bağlıdır.

Vaşinqtonun mövqeyinə cavab olaraq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb və OPEC+-ın neft hasilatını azaltmaq qərarından sonra beynəlxalq münaqişələrdə Ər-Riyadın tərəf olması ilə bağlı hər hansı bəyanatı rədd etdiyini açıqlayıb.

 OPEC+ qərarını bir ölkənin deyil, bu qrupa daxil olan bütün ölkələrin konsensusu ilə qəbul edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi də cümə axşamı, oktyabrın 13-də ABŞ və OPEC+ arasında neft hasilatının azaldılması ilə bağlı fikir ayrılıqlarına toxunaraq deyib.

“Biz OPEC+-ın bu qərarın yalnız iqtisadi məqsədlər üçün verildiyi barədə dedikləri ilə razılaşmırıq. Son həftələr Səudiyyə Ərəbistanı açıq və gizli şəkildə ABŞ-a neft hasilatını azaltmaq niyyətində olduğu mesajını çatdırdı. Bu, Rusiyanın marağını artıracaq və sanksiyaların təsirini azaldacaq. Bu yanlış yoldur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =