“Taliban” silahlıları ilə İran sərhədçiləri arasında atışma olub

“Taliban” silahlıları ilə İran sərhədçiləri arasında atışma olub

Əfqanıstanı idarə edən “Taliban” hökumətinin silahlıları ilə İran sərhədçiləri arasında atışma olub.

“Report” xəbər verir ki, məlumatı “8am.media” yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanın Nimruz əyalətinin Zərənc şəhərində “Əbrişəm” (“İpək”) körpüsündə baş verib.

İddia olunur ki, İran sərhədçiləri “Dayan” əmrinə tabe olmayan qanunsuz yanacaq daşıyan Əfqanıstan dövlət qeydiyyat nişanlı maşına atəş açıblar. Birinci maşın getsə də, İran sərhədçiləri ikincini saxlamağa məcbur ediblər. Onlar sürücünü döyüblər.

Onlara cavab olaraq “Taliban” silahlıları İran sərhədçilərinin avtomobilinə atəş açıb. Atışma bir saatdan çox çəkib. Bundan sonra tərəflər danışığa başlayıblar.

İtkilər və yaralılar barədə məlumat yayılmayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =