Dəhşətli yanğın: Evdə tək qalan 4 uşaq yanaraq öldülər

Rusiyanın Xabarovsk diyarının Sinda kəndində yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə mərkəzi məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində böyüklərin evdə tək qoyub getdiyi 4 azyaşlı həlak olub.
İstintaq zamanı hadisənin səbəbləri müəyyən ediləcək.
Lent.az