Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.

Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın.

Təkanla qaldırmada 162 kq-ı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. Rüstəmov toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub.

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =