2022- ci il Fələstin ərazilərində son 16 ilin ən ölümcül ili

2022- ci il Fələstin ərazilərində son 16 ilin ən ölümcül ili

Birləşmiş Millətlər Təşkilatının işğal olunmuş ərazilərdəki humanitar koordinatoru hesabatında 2022-ci ilin Fələstin torpaqlarında son 16 ildə ən qanlı il olduğunu açıqlayıb.

BMT-nin işğal olunmuş ərazilərdə humanitar məsələlər üzrə koordinatoru Lusiya Elmi zorakılıq aktlarının artması və Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlərdən narahatlığını ifadə edib.

Maa xəbər agentliyinin məlumatına görə, o, 2022-ci ildə 26-sı uşaq olmaqla ən azı 105 fələstinlinin İsrail qüvvələri tərəfindən şəhid edildiyini, buna görə də 2022-ci ilin 2006-cı ildən bəri ən qanlı il olduğunu bildirib. Fələstinli qurbanların aylıq orta göstəricisi keçən illə müqayisədə 57% artıb.

Xanım Elmi daha sonra 2022-ci ildə İordan çayının qərb sahilində öldürülən sionistlərin və ya əcnəbilərin sayını 17 nəfər olaraq açıqlayıb.

O, daha sonra aydınlaşdırıb ki, təkcə bu ilin oktyabr ayının əvvəlindən 6-sı uşaq olmaqla 15 fələstinli İordan çayının qərb sahilində və Qüdsdə sionist qüvvələr tərəfindən öldürülüb.

Xanım Elmi daha sonra sionist rejimin Şuafət, Şərqi Qüds və Nablusda səyahətə qoyduğu məhdudiyyətlərə işarə edərək, bu tədbirlərin bir çox insanın təhsil, səhiyyə və yaşayış vasitələrinə çıxışını məhdudlaşdırdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 1 =