İrəvanın TƏXRİBAT SSENARİSİ: Komissiya kimin tərəfini tutacaq? – DETALLAR

İrəvanın TƏXRİBAT SSENARİSİ: Komissiya kimin tərəfini tutacaq? – DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə son günlər Ermənistan Ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatların pərdəarxasından danışarkən deyib.

Politoloqun sözlərinə görə, digər tərəfdən, Ermənistana münaqişə gündəmi lazımdır, çünki onlar tez-tez “münaqişənin həll olunmadığını” dilə gətirirlər:

“Təəssüflər olsun ki, bəzən Avropa və Amerika siyasətçiləri də bu termindən istifadə edirlər. Onların tez-tez istifadə etdiyi termin məhz “Azərbaycan-Ermənistan münaqişəsi”dir. Bu termini gündəmdə saxlamaq üçün mütəmadi olaraq atəşkəsin pozulması lazımdır. Daha doğrusu, sabitlik pozulmalı və gərginlik öz “ampulasında” olmalıdır. Belə olan halda da “daimi münaqişə mənzərəsi” dövriyyədə qalacaq. Ona görə də ermənilər tez-tez təxribatlara əl atırlar”.

“Yenidən cəbhə xəttində ciddi hərbi toqquşmalar baş verə bilərmi və bu toqquşmaların nəticəsi nə ola bilər?” – sualına politolqun cavabı birmənalı olub. Ekspertin fikrincə, Ermənistanın Cermux və Basarkeçər istiqamətində qoşun cəmləşdirməsi potensial toqquşmaları istisna etmir:

“Digər tərəfdən, indi İrəvan bir səhnə qurmaq istəyir. Bu səhnəni də “Azərbaycanın atəşkəsi pozmasına Ermənistanın sərt cavabı” formasında təqdim etmək niyyətini ortaya qoymağa çalışacaqlar. Əslində isə Azərbaycan Ermənistanın təxribatlarına məcbur qalıb cavab verir. Həmişə belə olub. Ermənistan vəziyyəti gərginləşdirən tərəf kimi Azərbaycanı göstərməyə çalışacaq. Burada maraqlı məqam komissiyanın məsələyə münasibətidir. Onların atəşkəsin pozulmasına reaksiyası maraqla gözlənilən məqamlardandır. Ermənilərin “teatr oyunlarına” baş qoşmayacaqsa, dəstək verməycəksə, o zaman qarşı tərəflə birgə işləmək mümkün olacaq. Komissiya ermənilərin ssenarilərinə dəstək verərsə, deməli, bu ssenarilərdə onların da payı var, əlbir şəkildə işləyirlər. Komissiya neytral mövqe tutsa, İrəvanın ssenariləri baş tutmayacaq. Təbii ki, bunlar fərziyyələr olsa da, reallığa daha çox oxşayır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =