Putin imzaladı: Bu ərazilərdə hərbi vəziyyət rejimi tətbiq olundu

Putin imzaladı: Bu ərazilərdə hərbi vəziyyət rejimi tətbiq olundu

Publika.az xəbər verir ki, hərbi vəziyyətin nə qədər müddətə tətbiq olunacağı açıqlanmır.

Bu qərar Ukraynadan gələn terror təhdidləri ilə əlaqədar qəbul edilib.

İndi fərman təsdiq üçün Federasiya Şurasına göndərilib.

Görüş zamanı cənab Putin bildirib ki, adı çəkilən dörd regionun ərazilərində hətta Rusiyaya qoşulmazdan əvvəl hərbi vəziyyət rejimi mövcud idi. “İndi biz bu rejimi artıq Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik. Buna görə də mən Rusiya Federasiyasının bu dörd subyektində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım”, – deyə Rusiya Prezidenti bildirib.

Kremlin saytında dərc olunan fərmana əsasən, hərbi vəziyyət sabahdan – oktyabrın 20-dən qüvvəyə minir. Sənədin dərcindən sonra üç gün müddətində hökumət hərbi vəziyyətin tətbiq olunduğu ərazilərdə tətbiq olunacaq tədbirlərə dair təkliflər verməlidir. “Lazım olduqda, Rusiya Federasiyasında hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” 30 yanvar 2002-ci il tarixli konstitusiya qanunu ilə nəzərdə tutulmuş digər tədbirlər də tətbiq edilə bilər”, – fərmanda deyilir.

Dünən, oktyabrın 18-də Rusiya Birləşmiş Qoşunlar Qrupunun (Qüvvələr) komandanı, ordu generalı Sergey Surovikin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində qadağan olunmuş müharibə üsullarından istifadə etməsinin mümkünlüyünə dair sübutlar var. Bundan sonra Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo yerli əhalinin Dnepr çayının sol sahilinə köçürüldüyünü elan edib. Ertəsi gün evakuasiya başlayıb. Evakuasiya təxminən altı gün çəkməlidir, Xersondan 50-60 min adam çıxarılacaq. Bu gün, oktyabrın 19-da Xerson vilayətinin hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin hücuma başladığını elan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =