Şimali Koreya bufer zonaları istiqamətində 250-yə yaxın artilleriya atəşi açıb

Şimali Koreya Sarı və Yapon dənizlərinə doğru təxminən 250 artilleriya mərmisi atıb.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya KİV-ləri xəbər verib.
Cənubi Koreyanın Birləşmiş Rəislər Qərargahı bildirib ki, Şimali Koreya çərşənbə axşamı saat 22:00 radələrində Sarı dənizə doğru 100-ə yaxın artilleriya mərmisi, saat 23:00-dan etibarən isə Yapon dənizinə doğru təxminən 150 artilleriya mərmi atıb.
Artilleriya atəşləri faktiki Koreyalararası dəniz sərhədinin şimalındakı şərq və qərb bufer zonalarına dəyib.
Oktyabrın 14-də də Şimali Koreya bufer zonalarına bir neçə yüz artilleriya zərbəsi endirib.
Trend. az