Bakıda ikimərtəbəli obyektdə yanğın: zəhərlənən var
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan qismən 1 ədəd rəf qarsalanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Publika.az