Ramullah: Nablusun mühasirəsi Fələstin xalqına qarşı hərtərəfli müharibə elanıdır

Ramullah: Nablusun mühasirəsi Fələstin xalqına qarşı hərtərəfli müharibə elanıdır

Fələstin Administrasiyasının rəsmi sözçüsü bildirib ki, Nablusun mühasirəsi, şəhər, kənd və düşərgələrə hücum və Məscidül-Əqsaya hücumun davam etdirilməsi Fələstin xalqı və liderlərinə qarşı hərtərəfli müharibə elanıdır.

Fələstin administrasiyasının rəsmi sözçüsü Nubeyl Əburdəynə çərşənbə günü axşam saatlarında sionist rejimin məsuliyyətsiz siyasətlərinin davamı ilə bağlı xəbərdarlıq edib.

Səma xəbər agentliyi Əburdəynə istinadən xəbər verir ki, sionist qüvvələrin Nablus vilayətinin doqquz günlük mühasirəsi, şəhər, kənd və düşərgələrə hücumları, Məscidül-Əqsaya hücumun davam etdirilməsi və Bu məscidin və İbrahimi türbəsinin statusu tarixinin dəyişdirilməsi cəhdi Fələstin xalqı və liderlərə qarşı bütövlükdə müharibənin elan edilməsini təşkil edir.

O, bu siyasətlərin davam etdirilməsinin gərginliyi artıracağını bildirərək aydınlaşdırıb ki, sionist hökumət bilməlidir ki, bu siyasət təhlükəsizlik və sabitlik gətirməyəcək, əksinə vəziyyəti təhlükəli edəcək.

Bu fələstinli rəsmi Fələstin xalqının heç bir işğalın davamını qəbul etməyəcəyini vurğulayıb və qeyd edib ki, Fələstin Muxtariyyət Təşkilatının başçısı Mahmud Abbas da bu sionist siyasətlərə qarşı xəbərdarlıq edib.

Aburdinanın sözlərinə görə, Mahmud Abbas hesab edir ki, Fələstin xalqının qələbəsi yaxındır və sionist rejimin məhvi çoxlarının inandığından daha tez olacaq.

Bu fələstinli rəsmi qeyd edib ki, yeni Fələstin nəsli sionist rejimi məğlub etmək üçün daha çox gücə və əzmkarlığa malikdir və ötən illər ərzində davam edən mübarizə Tel-Əvivin siyasətlərinin iflasa uğramasına səbəb olub.

Sonda o, Fələstin məsələsinin diqqətdən kənarda qala bilməyəcəyini və ədalətli həll olmadan bölgədəki gərginlik və münaqişələrə son qoymağın mümkün olmadığını bildirib.

Eyni zamanda, Sionist Ordunun Birgə Qərargah rəisi Əviv Koxavi bu gün öz qüvvələrinə mövcud təhlükəsizlik vəziyyəti fonunda İordan çayının qərb sahilində ən yüksək həyacan və hazırlıq səviyyəsini müşahidə etməyi əmr edib.

Koxavi ordu komandirlərindən tabeliyində olan qüvvələrə ən yüksək səviyyədə hazırlığı saxlamaq göstərişi verib.

Koxavinin bu açıqlamaları “Şufəat” və “Şəfi Şumran” yaxınlığında həyata keçirilən müqavimət əməliyyatları, iki sionist əsgərin öldürüldüyü və əməliyyatların icraçılarının qaçmağa müvəffəq olduğu əməliyyatlardan sonra elan edilir.

Müqavimət əməliyyatları son vaxtlar İordan çayının qərb sahilində, xüsusən də, Cənin və Nablus şəhərlərində kəskin şəkildə artıb.

Sentyabr ayı ərzində bu bölgədə bütün növlərdə 833 müqavimət əməliyyatı keçirilib, lakin İordan çayının qərb sahilindəki hazırkı müqavimətdə diqqətəlayiq hal İslami Cihad və HƏMAS-a bağlı döyüşçülərin “Şühədail-Qüds” döyüşçüləri ilə inteqrasiyasıdır.

Adı çəkilən ən məşhur silahlı qruplar arasında “Cənin briqadası”, “Ərin Əl-Əsvəd” və “Muxəyyim Bəlatə” briqadası da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 16 =