İşğalçıları qaranlıq günlər gözləyir

İşğalçıları qaranlıq günlər gözləyir

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) fələstinli döyüşçü Ədi Ət-Təmiminin şəhid olması ilə bağlı bəyanat yayıb.

Məlumata görə, HƏMAS fələstinli döyüşçü Ədi Ət-Təmiminin şəhadəti ilə bağlı bəyanat yayıb.

HƏMAS bu bəyanatında Ədi Ət-Təmiminin Şuəfat və Məaliyə Adumimdə iki qəhrəmancasına əməliyyat həyata keçirməsini vurğulayıb.

Ədi Kamal Ət-Təmiminin israrlı şəkildə işğalçılara qarşı müqavimət göstərməsi sionistlərə qara günlər vəd edir ki, bu günlərdə onların əsgərləri müqavimət döyüşçüləri tərəfindən hədəfə alınacaq və öldürüləcək.

Fələstin mənbələri HƏMAS-ın Ət-Təmiminin şəhadəti ilə bağlı bəyanatına istinad edərək, onun işğal altındakı Qüdsdəki Şuəfat düşərgəsində Həmas üzvü olduğunu bildirib.

Qeyd edək ki, Ədi Ət-Təmimi dünən axşam saatlarında işğal altındakı Qüdsün Məaliyyə Ədumim qəsəbəsi yaxınlığında ikinci atışma əməliyyatını həyata keçirdikdən sonra sionist əsgərlər tərəfindən öldürülüb.

Bu yaxınlarda o, işğal altındakı Qüdsdəki Şuəfat düşərgəsi yaxınlığında atışma əməliyyatı zamanı bir sionisti öldürüb, üç nəfəri yaralayıb.

Fələstin mənbələri Ədi Ət-Təmiminin həyatının son anlarına qədər sionistlərə qarşı müqavimətini göstərən şəhadət anından şəkillər dərc edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =