Hindistanlı milyarder Dubayın ən bahalı villasını 163 milyon dollara alıb

Hindistanlı milyarder Dubayın ən bahalı villasını 163 milyon dollara alıb

Hindistanın ən varlı adamı hesab edilən milyarder Mukeş Ambani Dubayın ən bahalı villasını 163 milyon dollara alıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, milyarder “Palm Jumeirah” bölgəsində Küveyt maqnatı Məhəmməd Alşayın ailəsindən malikanə alıb.

Bundan əvvəl Ambani Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu məşhur kurort şəhərində artıq əmlak almışdı. 2022-ci ilin əvvəlində o, 80 milyon dollarlıq evin sahibi olub. O zaman bu daşınmaz əmlak alqı-satqısı metropolda ən bahalı idi.

Qeyd edək ki, varlı əcnəbilər Dubayda daşınmaz əmlak almağa maraqlıdırlar. Belə ki, bu zaman əmlak sahibinə on il müddətinə uzunmüddətli viza verilir. Həmçinin, bu ölkədə ev alan əcnəbilərin anonimliyi qorunur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =