Norveçdə HƏYƏCAN: 2 hava limanı şübhəli PUA-lara görə BAĞLANDI

Publika.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb.
Bildirilib ki, buna səbəb erodrom yaxınlığında stasionar pilotsuz uçuş aparatı (PUA) olub.
Norveç hüquq-mühafizə orqanları bir neçə PUA-nın ola biləcəyini bildiriblər. Bergendəki hava limanı Norveçin əsas hərbi dəniz bazası – Şimali Avropanın ən böyük hərbi dəniz hərbi bazalarından biri olan Haakonsvern yaxınlığında yerləşir.
Həmçinin müvəqqəti olaraq bağlanmış kiçik Ferde daxili hava limanının yaxınlığında bir PUA-nın olduğu bildirilib. Polis şübhəlilərin hələ müəyyən edilmədiyini, lakin araşdırmalara başlanıldığını bildirib.
Xatırladaq ki, dörd rusiyalı Norveçdə gizli obyektlərin qeyri-qanuni fotoşəkillərini çəkməkdə şübhəli bilinərək həbs edilib. Həbslər ötən həftə baş tutub.
Norveç polisi bir rusu Tromso hava limanında saxlayıb və onu PUA idarə etməkdə ittiham edib.
Publika.az