Qaz qovşağı Türkiyənin bu bölgəsində yaradılacaq – MƏNBƏ
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı mənbəyə istinadla məlumat yayıb.
“Cənab prezidentin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur ) artıq qeyd etdiyi kimi, Trakya münasib yerdir” , – agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, Trakya layihənin ideyasına uyğundur və ən məqbul variantdır.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyədə qısa zamanda beynəlxalq qaz qovşağı yaradılacaq.
Publika.az