ABŞ-da təyyarənin yaşayış binasına çırpılması nəticəsində 2 nəfər həlak olub

ABŞ-da təyyarənin yaşayış binasına çırpılması nəticəsində 2 nəfər həlak olub

Nyu-Hempşir ştatında tək mühərrikli təyyarənin yaşayış binasının üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.

NBC telekanalının məlumatına görə, ABŞ-ın Nyu-Hempşir ştatının Keyn şəhərində tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki sərnişin həlak olub. Bu şəhərin meri Corc Hanselin sözlərinə görə, təyyarə yaşayış binasının üzərinə düşüb.

Hanselin sözlərinə görə, bu binanın sakinlərdən heç biri həyatını itirməyib.

Bələdiyyə hələlik təyyarənin iki sərnişininin adlarını mediaya açıqlamayıb. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası, Federal Aviasiya Administrasiyası və Nyu-Hempşir Nəqliyyat Departamenti qəzanın səbəblərini araşdırır.

Polis Facebook-da mesaj yayımlayaraq insanlardan qəza yerindən uzaq durmağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 1 =