Almaniyanın ən böyük şirkətlərinin borcu ən yüksək həddə çatıb

Almaniyanın ən böyük şirkətlərinin borcu ən yüksək həddə çatıb

Almaniyanın 150-yə yaxın ən böyük şirkətinin xalis maliyyə borcu indiyədək ən yüksək səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti öz hesablamalarına istinadən yazıb.

Nəşrin məlumatına görə, cəmi bir il ərzində Almaniya konsernilərinin borcu 20% artaraq 533 milyard avroya çatıb.Bundan başqa, 25 şirkətin öz kapitalından daha çox borcu var.

Qeyd olunub ki, bu, risklərlə doludur, çünki mərkəzi banklar tərəfindən faiz dərəcələrində dəyişikliklər fonunda yeni kreditlər bahalaşır. Borcu azaltmaq üçün bir çox alman firması indi öz səhmlərini satmağı planlaşdırır.

“DAX” indeksinə daxil olan telekommunikasiya nəhəngi Deutsche Telekom alman şirkətləri arasında ən böyük xalis borcuna malikdir – 145,8 milyard avro.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − four =