Silahlılar yolda 11 nəfəri öldürdülər
Bu barədə Publika.az “France24″ə istinadla xəbər verir .
Hücum Niger, Mali və Burkina Faso arasındakı ucqar yolda baş verib. “Üç sərhəd” bölgəsi cihadçı yaraqlıların hücumlarından əziyyət çəkir.
Onların Əl-Qaidə və İŞİD-lə əlaqəsi var.
Banibanqu rayonundan olan rəsminin sözlərinə görə, terrorçular 3 yük maşınının qarşısını kəsib və 9 sərnişini öldürüblər.
Hücum nəticəsində motosiklet sürən iki nəfər də həlak olub.
Publika.az