Estoniya piyada əleyhinə minalara qadağa konvensiyasından çıxmaq istəyir

Estoniya piyada əleyhinə minalara qadağa konvensiyasından çıxmaq istəyir

Estoniya parlamentində bir qrup deputat piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə “ERR” portalı məlumat yayıb.

Estoniya Müdafiə Qüvvələrinin keçmiş rəhbəri, hakim “İslahat Partiyası”ndan olan deputat Ants Laaneots və müxalifətdə olan Mühafizəkar Xalq Partiyasından 19 parlamentari müvafiq qanun layihəsini təqdim ediblər.

Parlamentarilərin fikrincə, konvensiyanın tələblərinə əməl olunması artıq Estoniyanın milli maraqlarına cavab vermir, çünki bu, Ukraynada baş verən hadisələr fonunda ölkənin müdafiə qabiliyyətini zəiflədir. Belə ki, piyada əleyhinə minanın istehsalı ucuz başa gəlir. Bundan əlavə, döyüş meydanında hərəkət edərkən düşmənin yaşayacağı qorxu şəklində psixoloji təsir göstərir.

Qeyd edək ki, konvensiya 3 dekabr 1997-ci ildə Kanadanın Ottava şəhərində imzalanıb, 1999-cu il martın 1-dən qüvvəyə minib. Piyada əleyhinə minaların istifadəsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən Ottava Konvensiyasına üzv olan 163 ölkə var.

Estoniya 2004-cü ilin martında konvensiyaya qoşulub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =