KİV: Meksikada “Roslin” qasırğasında ən azı 3 nəfər ölüb

KİV: Meksikada “Roslin” qasırğasında ən azı 3 nəfər ölüb

Meksikanın qərbində baş verən “Roslin” qasırğası nəticəsində ən azı 3 nəfərin ölüb.

APA xəbər verir ki, bu barədə TASS “teleSUR” telekanalına istinadən məlumat yayıb.

Bildirilib ki, qasırğanın ən güclü zərbəsi Nayairt ştatında qeyd olunub. Ölənlərin də hamısının məhz o ştatdan olduğu əlavə edilib.

Xalisko ştatının rəsmilərinin sözlərinə əsasən, qasırğa bu ştata yalnız maddi ziyan vurub, xəsarət alan yoxdur.

Hazırda müvafiq qurumlar hadisə baş verən ştatlarda qasırğanın fəsadlarını aradan qaldırmaq istiqamətində işlər görür.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + eleven =