HƏMAS: Nablusun mühasirəsi cinayətdir, lakin müqavimətin iradəsini qıra bilməz

HƏMAS: Nablusun mühasirəsi cinayətdir, lakin müqavimətin iradəsini qıra bilməz

Fələstin İslami Müqavimət Hərəkatı İordan çayının qərb sahilində mühasirədə olan Nablus şəhərinin sakinləri ilə həmrəy olduğunu vurğulayaraq, müqaviməti gücləndirməyə çağırıb.

HƏMAS hərəkatı mühasirədə olan Nablus sakinləri ilə həmrəylik elan edərkən, Qüds şəhəri və Məscidül-Əqsanın müdafiəsində müqaviməti gücləndirməyə çağırıb.

HƏMAS öz bəyanatında bildirib ki, Nablus, İordan çayının qərb sahili şəhərləri və düşərgələrinin mühasirəsinin davam etdirilməsi Fələstin xalqının müqavimət və sabitlik iradəsini heç vaxt məğlub etməyə müvəffəq olmayacaq genişmiqyaslı cinayətdir.

Bu bəyanatda deyilir: “Nablusun mühasirəsi işğalçı rejimin təhlükəsizlik sisteminin Fələstin xalqının sabitliyi və qəhrəmanlığı ilə mübarizədə uğursuzluğunu bir daha göstərdi.”

HƏMAS həmçinin Birləşmiş Millətlər Təşkilatını işğalçı rejimi və onun İslam ümmətinə, torpağına və müqəddəsliklərinə qarşı təcavüzkar siyasətlərini pisləmək, Fələstin məsələsinin ədaləti və Fələstin xalqının azadlıq və qayıdış haqqını dəstəkləmək məsuliyyətini öz üzərinə götürməyə çağırıb.

Bu hərəkat həm də Qüds və Məscidül-Əqsada zəvvarların bu müqəddəs yerlərə dəstək olmaqda göstərdikləri əzmkarlığı yüksək qiymətləndirib.

Sionist rejimin hərbi qüvvələri iki həftə əvvəldən Nablusda müqavimət əməliyyatlarının genişləndirilməsi və bu şəhərdə “Ərinəl-Əsvəd” müqavimət qruplarının üzvlərinin mövcudluğu bəhanəsi ilə onu şiddətli mühasirəyə alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + thirteen =