Kreml Qarabağda konsulluq açmağa hazırlaşır? -ŞOK DETALLAR – VİDEO

Kreml Qarabağda konsulluq açmağa hazırlaşır? -ŞOK DETALLAR – VİDEO

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Rusiyalı politoloq Anton Bredixin “Rusiya Qarabağda diplomatik nümayəndəlik açmalıdır” fikrinə münasibət bildirən ekspertin fikrincə, bu, Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixində imzalanan müttəfiqlik haqqında bəyannamənin müddəalarına ziddir:

“Düşünürəm ki, Bakı ilə Kreml arasındakı müxtəlif danışıqlarla, təmaslarla bu iddianın da aradan qaldırılmasını görəcəyik. Çünki hazırda bu tipli hansısa addımın atılması Azərbaycan Rusiya münasibətlərini poza bilər. Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Cənubi Qafqazdakı mövqeləri zəifləyib. Bu cür radikal addımın atılması arzuolunan deyil”.

Politoloq düşünür ki, hazırda regionda vəziyyət kifayət qədər gərgindir:

“Son dövrlər diplomatik nümayəndəliklərin açılması ilə bağlı regional güclər fəaliyyətə keçiblər. İranın Qafanda, Qərbi Zəngəzurda konsulluq açmasına cavab olaraq Türkiyə Prezidenti də Zəngilan Beynəlxalq Hava Limanının açılışı çərçivəsində Şuşada qardaş ölkənin konsulluğunun açılacağı ilə bağlı fikirlərini səsləndirdi”.

İlyas Hseynovun sözlərinə görə, Türkiyənin Şuşada konsulluq açmaq məsələsi uzun müddətdir gündəmdədir:

“Düşünürəm ki, Azərbaycan və Türkiyə bu prosesi tezliklə reallaşdırmalıdır. Digər tərəfdən, maraqlıdır ki, son dövrlər şimal qonşumuz Rusiyanın regionda aktivləşməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürülür. Sanki ötən il baş verənləri hazırkı proseslər təkrarlayır. Avropa İttifaqının prezidenti Şarl Mişel sosial şəbəkə hesabında bildirmişdi ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçiriləcək. Rusiya tərəfi tez bir zamanda Soçi görüşünü reallaşdırdı.

Həmin görüş noyabrın 26-da keçirildi. Hazırkı durumda isə yenə də noyabrda yeni Brüssel formatında görüşün keçirilməsi ehtimal olunur. Cari ilin avqustun 31-də Şarl Mişel görüş sonrası bəyanatında bu barədə qeyd edib. Yenə də Rusiya Brüssel görüşü öncəsi Soçidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü keçirməyi planlaşdırır. Astanda MDB dövlət başçılarının zirvə görüşündə prezident Putin bu barədə anons etdi. Moskvanın vasitəçiliyi ilə yeni görüşün keçirilməsi niyyəti ifadə olundu”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 10 =