İran nüvə reaktorlarının lokallaşdırılmasına başlayıb

İran nüvə reaktorlarının lokallaşdırılmasına başlayıb

İran nüvə reaktorlarının lokallaşdırılmasına başladığını bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

“Qarşı tərəf ittihamlar səsləndirməklə bizim nüvə sahəsində irəliləyişimizə mane olmaq niyyətindədir. İran bir neçə nüvə reaktorunun layihələndirilməsi və tikintisi üçün potensialını artırmağa başlayıb və onların lokallaşdırılmasını gündəmə gətirib”, o deyib.

M.İslami deyib ki, İran dünyada Atom Elektrik Stansiyalarının mərkəzinə çevrilmək niyyətindədir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 7 =