Aleksandr Lukaşenko yaxın günlərdə Tehrana səfər edəcək

Aleksandr Lukaşenko yaxın günlərdə Tehrana səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın günlərdə İranın paytaxtı Tehrana səfər edəcək.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Belarusun xarici işlər naziri Vladimir Makeevlə görüşün nəticələri ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində müxtəlif sənədlərlə yanaşı, İranla Belarus arasında uzunmüddətli əməkdaşlığa dair hərtərəfli müqavilələr də imzalanacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 5 =