Anbardakı güclü yanğının sahəsi sürətlə artır

Anbardakı güclü yanğının sahəsi sürətlə artır

Sankt-Peterburqda ərazisi iki saat ərzində altı dəfə artan böyük yanğının söndürülməsinə 150-yə yaxın adam cəlb olunub.

Lent.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

İlk yanğınsöndürmə bölmələri gələnə qədər yanğının sahəsi 1000 kvadratmetr olub. 

Bir saatdan az müddətdə yanğının çətinlik dərəcəsi ikidən üçə yüksəldilib.

Hazırda binanın 6 min kvadratmetr sahəsinin artıq yanğına qərq olduğu məlumdur.

Yanğının söndürülməsinə 154 nəfər canlı qüvvə və 42 texnika cəlb olunub. 

Hadisənin səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.
Lent.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 13 =